Xəbər lenti

Azərbaycan bəstəkarı dünyanın ən nüfuzlu mükafatını aldı
Sənət19:32 10.02.2015

Azərbaycan bəstəkarı dünyanın ən nüfuzlu mükafatını aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillary Han-ın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb.
ANS PRESS-in məlumatına görə, bu albomda Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin də əsəri yer alıb.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.
Musiqi dünyasının ən nüfuzlu mükafatı olan “Grammy” laureatlarının 57-ci təqdimat mərasimi fevralın 8-də ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilb.
Azərbaycan musiqisi tarixində ilk dəfədir ki, bəstəkar belə bir nüfuzlu mükafatın qalibi olur.
Qaynar.info