Xəbər lenti

Azərbaycan beynəlxalq təşəbbüsdə "qeyri-aktiv" edilməsinə deputatdan MÜNASİBƏT
Siyasət14:21 04.05.2016

Azərbaycan beynəlxalq təşəbbüsdə "qeyri-aktiv" edilməsinə deputatdan MÜNASİBƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsi çərşənbə günü Azərbaycanın bu layihədə iştirakını "qeyri-aktiv" edib. 

Komitə "təəssüflə" bildirib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün Azərbaycanda "həll olunmamış maneələr" üzündən belə bir qərar verməli olub.

Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Platformasında statusunun "qeyri-aktiv" edilməsi ilə bağlı Qaynarinfo.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, bu qərar ikili standartlardan irəli gəlir.

Vahid Əhmədov

Vahid Əhmədovun sözlərinə görə, Açıq hökümət baxımından Azərbaycan xeyli irəliləyib: "Xüsusilə son bir neçə ildə hökümət səviyəsində aparılan işlər - elektron ödəmələr, yazışmalar göz qabağındadır. İndi burda Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsi Azərbaycanın bu layihədə iştirakını "qeyri-aktiv" edib. Bu da Azərbaycana qarşı ikili standartdır. 

Azərbaycanda bu sahədə çox böyük işlər görülür və davam etdirilir. Bu birdən-birə olacaq prosedur deyil. Açıq hökümət siyasətini həyata keçirmək üçün illərlə vaxt lazımdır. Bu baxımdan siyasət aparılır. Dövlət başçısının xüsusi fərmanı var. Sərəncamlar imzalanır və açıq hökümətin təşviqi ilə əlaqədar işlər görülür. Bu yaxınlarda Gömrükdə bütün yazışmalar elektron qaydada aparılmasına keçdik. Bunların hamsı açıq hökümət üçün görülən işlərdir. Onların qərarı azərbaycana qarşı ikili standartla yanaşdıqlarını göstərir".

AHT-nın yaydığı bəyanatda bildirilir ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qaldırılmış narahatlıqlara cavab vermək üçün maksimum bir il vaxtı olacaq. Qeyri-aktiv statusla Azərbaycan "AHT seçkilərində səs verə bilməyəcək və AHT tədbirlərində yalnız müşahidəçi kimi, öyrənmək məqsədilə iştirak edə biləcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az