Xəbər lenti

Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər
Ölkə14:09 03.07.2018

Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdəki "Azərbaycan" İES-in 2 enerji bloku artıq işə salınıb.
Bunu "Report"a açıqlamasında "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, son nəticədə ölkə üzrə enerji təchizatı 94-96% civarındadır.
"Qəza baş verdikdən dərhal sonra Rusiya elekrtrik şəbəkəsi ilə paralel işləməyə başladıq. Axşam saat 9:00-a qədər "Azərbaycan" İES-in daha 2 enerji bloku işə düşəcək. Bununla da fəaliyyət göstərəcək blokların sayı 4-ə çatdırılaraq, ölkə üzrə enerji təchiatı 100% olacaq. Ehtimal olunur ki, 3 və 4-cü blokun işə düşməsindən sonra Rusiyada elektrik enejisi alınması dayandırılsın", - deyə o, qeyd edib.