Xəbər lenti

Azərbaycan bir neçə xarici ölkədə səfirlik açır
Siyasət13:59 06.11.2013

Azərbaycan bir neçə xarici ölkədə səfirlik açır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“2014-cü ildə Azərbaycanın xaricdə yeni diplomatik korpuslarının açılması haqqında qərarlar büdcədə nəzərdə tutulub”.

Bu sözləri Modern.az-a açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, Xarici İşlər Nazirliyinin təkliflərinə görə, Latın Amerikasında yeni təmsilçiliklər təsis olunacaq.

“Hansısa diplomatik nümayəndəliyin nəzdində, amma digər ölkələr üzrə məhdud saylı işçi heyəti fəaliyyət göstərəcək, təmsilçiliklər olacaq. Bunlara maliyyə ayrılması büdcədə nəzərdə tutulub. Eyni zamanda bir neçə ölkələrdə diplomatik korpusların açılması haqqında qərarlar var. Amma diplomatik nümayəndəliklər tam təsis edilməyib. Qərarlar var, buna uyğun olaraq da bizim vəsaitimiz var”.

Qaynar.info