Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyə başlaması onun beynəlxalq arenada nüfuzunun artmasına səbəb olacaq.
Trend-in Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi məlumata görə, bunu Britaniya parlamentinin üzvü, Lord Hovard Flayt bildirib.
Flayt qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi TŞ-nin işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutan 4 qətnaməsinin hələ də icra olunmamasını BMT TŞ-nın digər üzvlərinə xatırlatmağa imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycan bu gündən BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayır.
Azərbaycan bu gün sədrliyi Avstraliyadan təhvil alacaq.
Bu, ölkənin təşkilatda ikinci sədrliyidir.
Azərbaycan 2011-ci ilin oktyabrında BMT TŞ-nin müvəqqəti üzvü seçilib və ötən ilin mayında Təhlükəsizlik Şurasına ilk dəfə sədrlik edib.
Qaynar.info