"Bu informasiyalar Azərbaycan ictimai rəyi üçün çox təhlükəlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Ordusunun son günlər daxil olduğu Ermənistan ərazilərindən çıxarılması müqabilində yeni demarkasiya prinsipləri, ərazi güzəştləri ilə bağlı üçtərəfli yeni sazişin imzalanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirərkən deyib.
O, belə informasiyaların əsasən Ermənistan və Rusiya mediası tərəfindən ortalığa atıldığını bildirib:

"Bu informasiya mənbələri də Azərbaycan ictimaiyyəti üçün heç cür təhlükəsiz qəbul oluna bilməz. Bildiyimiz kimi, Rusiyada xüsusi dezinformasiya institutu fəaliyyət göstərir. Bu mexanizm təkcə Rusiya potsovet məkanı üçün deyil, qlobal səviyyədə ən böyük ölkələr üçün təhlükələr yaradır. Bunu zaman-zaman hegemon ölkə olan ABŞ etiraf etməkdədir. Digər bir məsələ Ermənistan mediasıdır ki, burada hələlik, açığı, hakimiyyətdə Paşinyanın rəhbərlik elədiyi siyasi güc mərkəzi olmuş olsa da, Ermənistan mediasının böyük əksəriyyəti keçmiş Qarabağ klanına və Rusiya xüsusi xidmət orqanlarının nəzarəti və idarəetməsi altında fəaliyyət göstərir. Bu informasiyalara güvənmək doğru deyil. Bu gün Azərbaycan mediası həm də bu məsələni qaldırmalıdır. Nədənsə son zamanlar xüsusi ilə də 44 günlük vətən müharibəsindən sonra biz informasiya savaşında Ermənistana uduzuruq. Azərbaycan ictimai rəyi və mediası əsasən Ermənistanda dərc olunan informasiyalar konteksində bir növ idarə olunur. Yəni, biz ehtiyaclarımızı bu informasiyalarla ödəyirik. Hansı ki, bu dezinformasiya olmaqla bərabər, özündə həm də konkret korporativ siyasi maraqları ehtiva edir”.
Natiq Miri hesab edir ki, Azərbaycan hakimiyyəti bu yöndə ciddi fəaliyyətə keçməlidir.
Bahar Rüstəmli