Xəbər lenti

Azərbaycan çempionatında dava düşdü
İdman09:50 15.02.2015

Azərbaycan çempionatında dava düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. Qaynar.info sportpress.az-a istinadən xəbər verir ki, Voleybol mərkəzində baş tutan “Lokomotiv” – “Rabitə” matçında azarkeşlər arasında dava düşüb. 
Qalmaqal oyunun əvvəlində start götürüb. Hər iki komandanın tərəfdarları arasında yaşanan insident ikinci hissədən sonra əlbəyaxa davaya çevrilib. Yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra insident yatırılıb. 
Nominal ev sahibi olan “Lokomotiv” rəhbərliyi də azarkeşləri sakitləşdirməyə çalışıb. Amma yaşananlar “Lokomotiv” fanatlarının ürəyincə olmayıb. Nətiəcədə komandanın 200-ə yaxın azarkeşi ikinci set başa çatdıqdan sonra arenanı tərk edib.
Qeyd edək ki, oyun “Rabitə”nin 3:0-lıq qələbəsi ilə tamamlanıb.
Qaynar.info