Xəbər lenti

Azərbaycan daha bir təşkilata üzv oldu
Ölkə18:46 07.06.2013

Azərbaycan daha bir təşkilata üzv oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün, qərargahı Parisdə yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) Rumıniyanın Buxarest şəhərində keçirilən Baş Assambleyasının növbəti iclası zamanı Azərbaycan Respublikası bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib. 

Bu barədə APA Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan sayca OIV-nin 45-ci üzvü olub.

Sözügedən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İsmət Abasov, Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Kənd təsərrüfatı nazirliyinin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.  Məlum olduğu kimi,  Azərbaycanın birinci beynəlxalq şərab festivalı 6 oktyabr 2012-ci il tarixində Gəncə şəhərində təşkil edilib.

Qaynar.info