Xəbər lenti

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 40 faiz artıb
Ekonomiks15:06 18.05.2016

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 40 faiz artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 372,317 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.

Qaynarinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.

Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətə sərf olunan vəsaitin həcmi illik müqayisədə 40,2% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin artımı ilə bağlıdır.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,1%-ni və ya 265,635 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Qaynarinfo.az