Xəbər lenti

Azərbaycan elitasının zehnində Rusiya təsiri ciddi önəmə malikdir (ŞƏRH)
Siyasət13:02 27.04.2021

Azərbaycan elitasının zehnində Rusiya təsiri ciddi önəmə malikdir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan siyasətində zaman-zaman gündəmə gələn "Rusiyaya meyillilik" məsələsini siyasi analitik Nazim Cəfərsoy şərh edib. 
Qaynarinfo xəbər verir ki, Nazim Cəfərsoy Azərbaycanda Rusiyaya münasibətin iki konteksdə özünü göstərdiyini bildirib: 
"Birincisi, daxili siyasətdə Azərbaycan elitasının zehnində Rusiya təsiri ciddi önəmə malikdir. Bu, özünü ən çox daxili siyasətdə göstərir. Ancaq 200 illik bu təsir yavaş-yavas dəyişməyə başlayıb. Nomeklaturanın müəyyən mənada "tasfiyə" edilməyə başlanması, prezidentin ritorikasında milli vurğunun güclənməsi bu kontekstdə düşünülə bilər. Ancaq bu prosesdə hələ gediləcək uzun bir yol var.
 
İkincisi, Rusiyaya meyillilik Azərbaycanın xarici siyasətində müşahidə olunur. Rusiya ilə qonşuluq elədir ki, güclü qucaqlaşsan, "səni çox istəyirəm" deyərək sıxıb öldürəcək. Çox uzaqlaşsan, deyəcək, "ya mənimsən, ya da qara torpağın!” 
Ona görə də Azərbaycan balans siyasəti aparır, bəzən yaxınlaşır, bəzən uzaqlaşır. Balans siyasəti aparmaq isə dalğalı dənizdə gəmini batıracaq güclü fırtınaya yaxalanmamaq üçün manevr edən kapitanın fəaliyyəti kimidir. Bu arada Azərbaycanın 30 il boyunca bütün böyük strateji lahiyələri Türkiyə və Qərb ilə həyata keçirdiyini də unutmayaq"
Orxan Əhmədli