Xəbər lenti

Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir
Siyasət18:34 08.09.2023

Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığında bildirilib.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.