Xəbər lenti

“Azərbaycan ermənilərə yardım karvanı göndərdi, separatçılar isə...” - Deputat
Siyasət07:54 29.08.2023

“Azərbaycan ermənilərə yardım karvanı göndərdi, separatçılar isə...” - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilər göndərdiyimiz bu humanitar yardımı qəbul etməyəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Qarabağda yaşayan ermənilərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardımın göndərilməsini şərh edərkən deyib.
"Çünki onlar separatçı düşmənlər, terrorçu və cinayətkarlardır. Ölkəmiz ermənilərin ac olmadığını sübut etmək üçün həmin humanitar yardımı göndərir. Onların yardıma ehtiyacları varsa, göndəririk. Azərbaycanın atdığı addım düzgün jestdir. Ermənilər bütün dünyaya guya acından qırıldıqları barədə hay-küy salıblar. Həqiqətən belədirsə, göndəririk, alıb yeyin”, deyə Elman Məmmədov bildirib.
Deputat qeyd edib ki, orada heç bir humanitar fəlakət, acından ölən yoxdur:
"Həmin torpaqların barı-bəhrəsi, məhsuldarlığı yüksək olduğundan, orada yaşayanlar ermənilər tüfeyli, terrorçu deyilsə, öz əməyinin zəhmətilə özünü dolandıracaq. Amma aydın məsələdir ki, ermənilərin bu yardıma ehtiyacı yoxdur”.
Deputat bildirib ki, aclıq barədə danışmaq təxribatdır:
"Azərbaycanın üzərinə ermənipərəstləri qaldırmaq, beynəlxalq təşkilatlarda yenidən dinləmələr təşkil etmək üçün separatçılar və Ermənistandakı təlxək Paşinyan tərəfindən uydurulmuş təxribat xarakterli teatdır”. 
Qeyd edək ki, Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Məlumata görə, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. 
Rüfət Sultan