Xəbər lenti

"Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir"
Siyasət19:16 09.11.2021

"Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ müharibəsindən sonra atəşkəs regiona yeni imkanlar gətirib”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.
"Türkiyə-Ermənistan əlaqələri normallaşma mərhələsinə daxildir. Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın səmimi addımlar atdığı təqdirdə əlaqələrimizi tədbirli formada normallaşdıra biləcəyimizi deməsi çox önəmlidir. Bu mənada Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir. Minsk Qrupu həmsədrləri və ATƏT Parlament Assambleyası yeni həqiqətləri nəzərə alaraq keçmişdə niyə nəticə əldə edilmədiyini yaxşı təhlil etməlidir”, - deyə TBMM sədri bildirib.