Xəbər lenti

Azərbaycan Ermənistanı beynəlxalq sərgidən kənarlaşdırdı (FOTOLAR)
Foto 12:36 30.09.2019

Azərbaycan Ermənistanı beynəlxalq sərgidən kənarlaşdırdı (FOTOLAR)

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərində keçirilən "10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə ölkəmiz ilk dəfə təmsil olunub.

Qaynarinfo-nun verdiyi xəbərə görə, sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və  Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti "Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

Artıq onuncu ildi keçirilən sərgidə Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın saxta, oğurluq mədəniyyətinin sərgisinin nümayişinin qarşısı alınıb.

16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı  52 kvadrat metrlik sahədə "Naxçıvan Muxtar Respublikası” stendi və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini xüsusilə cəlb edib.

Qeyd edək ki, stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->