Xəbər lenti

Azərbaycan əsgəri özünü güllələdi
Ölkə07:20 02.10.2013

Azərbaycan əsgəri özünü güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Nadir Məhərrəm oğlu Şabanov tabeliyindəki silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, N. Şabanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qaynar.info