Xəbər lenti

Azərbaycan əsilli iş adamı "Fənərbaxça"dan istefa verdi - Rəhbərliklə yola getmirdi
İdman09:05 02.09.2016

Azərbaycan əsilli iş adamı "Fənərbaxça"dan istefa verdi - Rəhbərliklə yola getmirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Fənərbaxça" klubunun vitse-prezidentlərindən olan İsfəndiyar Zülfiqari istefa etdiyini açıqlayıb.

Qaynarinfo.Az xəbər verir ki, o bunu klub rəhbərliyi ilə son vaxtlar fikir ayrılıqlarında olması ilə əlaqələndirib.

Qeyd edək ki, hazırda 40 yaşı olan İsfəndiyar Zülfiqari 2012-ci ildə Aziz Yıldırım "Fənərbaxça"ya prezident seçiləndə kluba vitse-prezident təyin olunmuşdu. Onun babası XX əsrin əvvəllərində Azərbaycandan Türkiyəyə - İstanbula köçənlərdəndir. Atası İsgəndər 1942-ci ildə "Zülfiqarlar Holdinq" yaradıb və 2001-ci ildə vəfat etdikdən sonra bu qurumun İdarə Heyətinin sədri postuna gənc İsfəndiyar keçib. Türkiyədə 1994-cü ildən fəaliyyət göstərən məşhur "Turkuaz Petrol Ürünləri" şirkəti də bu holdinqə daxildir.

Qaynarinfo.Az