Xəbər lenti

Azərbaycan əsilli iş adamının sərvəti 26 milyard dollara çatır
Dünya 10:15 02.06.2025

Azərbaycan əsilli iş adamının sərvəti 26 milyard dollara çatır

Azərbaycan əsilli iş adamı, Rusiyanın enerji şirkəti "Lukoyl"un təsisçisi Vahid Ələkbərovun sərvəti bu ilin əvvəlindən bəri 561 milyon dollar artaraq 25,9 milyard dollar olub.

Bu barədə "Bloomberg Milyarderlər İndeksi" məlumat yayıb.

Bu ilin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 22,547 milyard dollar artıb.

Eyni dövrdə "Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potanin sərvətini 3,82 milyard dollar artıraraq 31,7 milyard dollara çatdırıb.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"n səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,79 milyard dollar artıb.//İqtisadiyyat.az 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->