Xəbər lenti

Azərbaycan əsilli məşhur modelə qarşı 1 milyonluq dələduzluq (FOTOLAR)
Maqazin13:06 29.09.2017

Azərbaycan əsilli məşhur modelə qarşı 1 milyonluq dələduzluq (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş mühasibinin Türkiyənin məşhur model və aparıcısı Çağla Şikelə qarşı dələduzluq etdiyi məlum olub.

"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, o, modelin adına saxta çeklər yaradıb və buna görə Ç.Şikelə 1 milyon lirə (təxminən 500 min manat) vergi borcu gəlib. Vergini həmişə vaxtında ödəyən model mühasibinin ölkədən qaçdığını öyrənib. Şikel vəkilinə müraciət edərək, onun axtarışını tələb edib. Modelin meneceri və özündən yaşca böyük bacısı Berna Şikel jurnalistlərə açıqlamasında bu mövzu barədə məlumat verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Çağla Şikel 2 yanvar 1979-cu ildə, İstanbulda dünyaya gəlib. Modelin atası Hüseyn Şikel Karsda yaşayan azərbaycanlı, anası Asuman Şikel isə adanalıdır. 

Qayarinfo.Az

Çağla Şikel və Berna Şikel