XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan gələn il bu tədbirə ev sahibliyi edəcək
İdman20:26 16.08.2026

Azərbaycan gələn il bu tədbirə ev sahibliyi edəcək

Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından Qaynarinfo-a verilən məlumata görə, mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.

Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.

Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.