Xəbər lenti

Azərbaycan generalları cəbhə xəttinə toplandı
Ölkə09:40 07.02.2014

Azərbaycan generalları cəbhə xəttinə toplandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.(musavat.com)