Xəbər lenti

Azərbaycan güləşçilərindən növbəti qələbə
İdman18:14 02.07.2015

Azərbaycan güləşçilərindən növbəti qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın paytaxtı Tiflisdə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Çempionlar Beynəlxalq turniri keçirilib. 

"Report"un məlumatına görə, Azərbaycan güləşçiləri turniri 1 qızıl, 3 gümüş və 2 bürünc medalla tamamlayıb.

Yığma komandaya böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərov rəhbərlik edib.

42 kq çəkidə mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə məğlub olan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medala yiyələnib.

Bürünc medalları isə, yığmaya Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıb.