Xəbər lenti

Azərbaycan gündəlik neft istehsalının azaldılması qərarını dəstəklədi
Ekonomiks 20:33 05.10.2022

Azərbaycan gündəlik neft istehsalının azaldılması qərarını dəstəklədi

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, "Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, OPEC+ razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

"OPEC+”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->