Xəbər lenti

Azərbaycan haqda sənədli film - Belçikada
Sənət15:44 08.07.2015

Azərbaycan haqda sənədli film - Belçikada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belçikanın Asse şəhərində “US-Television” şirkəti tərəfindən ölkəmizin biznes imkanları haqqında çəkilmiş “Azerbaijan: Land of business and opportunity” adlı sənədli televiziya filminin təqdimatı keçirilib. 
“Qafqazinfo”nun məlumatına görə,  tədbirdə səfirliyin ikinci katib S.Əbdürəhimov çıxış edərək ilk növbədə filmin istehsalçılarına təşəkkür bildirib, həmçinin tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatına dair ümumi məlumat verib, Belçika ilə mövcud əməkdaşlıq haqqında, o cümlədən iki ölkənin işgüzar dairələri arasında müntəzəm şəkildə keçirilən forumlar haqqında bəhs edib.
Qeyd edək ki, “US-Television” şirkəti ABŞ televiziyası, xüsusilə də FOX kanalı üçün biznesyönümlü verilişlərin istehsalı ilə məşğuldur. 
Qaynar.info