Xəbər lenti

Azərbaycan İspaniyaya 4 qol vurdu - Futbolda
İdman13:42 07.09.2016

Azərbaycan İspaniyaya 4 qol vurdu - Futbolda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çimərlik futbolu üzrə FİFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ilk oyununu keçirib.

Qaynarinfo.Az xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimiz növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qaynarinfo.Az