Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu Azərbaycan və ingilis dillərində “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi” hazırlayıb.
Publika.az-ın məlumatına görə, məruzədə, kənd əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayının 5968 nəfər olduğu qeyd edilib.
Məlumata görə, narkomanların 4.298 nəfəri dispanser, 1670 nəfəri profilaktik qeydiyyatdadır.
2014-cü ildə Azərbaycanda kənd əhalisi arasında 444 narkoman (283 dispanser, 161 profilaktik) qeydiyyata götürülüb.
Məruzədə o da deyilir ki, Azərbaycanda kənd əhalisi arasında narkomaniya sürətlə yayılmaqdadır.
Qaynar.info