İdman 16:00 20.12.2022

Azərbaycan Kuboku: "Turan Tovuz" yarımfinalda

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti qarşılaşma baş tutub.
 
Qaynarinfo-nun məlumatına görə "Turan Tovuz" doğma meydanda "Kəpəz"lə qarşılaşıb. Gərginliklə yadda qalan görüşdə 4 qol vurulsa da qalib müəyyənləşməyib. "Kəpəz"dən "Fərid Nəbiyev dubla imza atıb. "Turan Tovuz"un qollarını isə Faiq Hacıyev və Xəyal Nəcəfov rəqib qapısından keçirib. "Turan Tovuz" Gəncədə "Kəpəz" üzərində 2:1 qələbə qazandığından iki oyunun nəticəsinə görə Ayxan Abbasovun komandası yarımfinala adlayıb.
 
1/4 final mərhələsinin son görüşü bu gün "Bakcell Arena"da saat 19.00-da "Neftçi" ilə "Zirə" arasında keçiriləcək. 
 
Səbuhi Həsənov