Xəbər lenti

Azərbaycan “Leviafan”a qadağa qoyub? - AÇIQLAMA
Ölkə15:32 08.02.2015

Azərbaycan “Leviafan”a qadağa qoyub? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mədəniyyət və Turizm Nazirliyi Rusiya istehsalı olan “Leviafan” filmi ilə bağlı açıqlama verib. Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya bildirilib ki, filmin nümayişinə qadağa qoyulmayıb: 
"Rusiya istehsalı olan "Leviafan" filminin nümayişinə guya qadağa qoyulması barəsində bəzi xəbər saytlarında yayılmış xəbərlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bildirir ki, "Leviafan" filminin Azərbaycanda nümayişi ilə əlaqədar nazirlik tərəfindən heç bir qadağa qoyulmayıb".
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində “Leviafan” filminin Azərbaycanda nümayişinin qadağan olunduğu barədə xəbərlər dərc edilib.
Qaynar.info