Xəbər lenti

Azərbaycan Minsk qrupu formatından niyə imtina etmir? - Reallıq (ŞƏRH)
Siyasət09:28 12.07.2021

Azərbaycan Minsk qrupu formatından niyə imtina etmir? - Reallıq (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan beynəlxalq hüquqa uyğun olmaqla bütün imkanlardan istifadənin tərəfdarıdır”. 
Bunu Qaynarinfoya açıqlamasında QAFSAM sədri Araz Aslanlı 44 günlük müharibə bitəndən üzü bəri ATƏT-in Minsk qrupuna daha ehtiyac olmadığın dediyimiz halda, hələ də bu formatdan tam olaraq yaxa qurtarmamağımızın səbəbindən danışarkən deyib. Belə vəziyyətdə həmsöhbətimizə görə, Minsk formatından birdəfəlik ona görə imtina edilmir ki,Azərbaycan münaqişənin həllinə, Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsi olması üçün bütün imkanlardan istifafə edilməsinə tərəfdardır: 
"Minsk prosesi başlayanda məqsəd bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanla Ermənistan arasında yaranan münaqişənin tam, uzunmüddətli və köklü həllinə nail olmaqdan ibarət idi. Minsk konfransı keçirilməli idi, amma bu, baş tutmadı. Minsk qrupu məqsədə çevrildi. Artıq Azərbaycan münaqişənin Minsk formatından kənar həllinə əsasən nail olub. Tam olaraq isə hələlik həll olunmayıb. Hələlik bütün ərazilər üzrə suverenliyimizi bərpa etməmişik”. 
 
Politoloq qeyd edib ki, Azərbaycan sadəcə beynəlxalq hüquqa zidd format və təklifləri qəbul etmir: 
"Azərbaycan prosesdə bütün imkanlardan istifafənin tərəfdarıdır. Amma bütün imkanlardan istifadənin özü də beynəlxalq hüquqa uyğun olmalıdır. Yəni Azərbaycan beynəlxalq hüquqa zidd format və təklifləri qəbul etməsə də, formatlardan heç vaxt tam imtina etməyib. Ölkəmizin mövqeyi hətta 0,1 faiz töhfəsi ola biləcək formatlardan imtina etməməklə bağlıdır. Bu cür yanaşma əsasən doğrudur. Minsk qrupunun həmsədrləri nəyisə Azərbaycana zorla qəbul etdirməyə çalışsa, buna "yox” deyəcəyik və deyirik də.  Eyni zamanda onu da nəzərə alırıq ki, həmsədr ölkələr BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridirlər”.
A.Aslanlı bildirdi ki, indiki halda formatdan imtina etmirik, lakin onun ağırlıq dərəcəsini 44 günlük müharibədə hansı səviyyəyə endirmişiksə, o səviyyədə də saxlamağa, ondan yuxarı qalxmasına imkan verməməyə çalışırıq: 
"Yəni Azərbaycan bu formatdan imtina etmir, amma onun hörmətə minməsinə də imkan vermir. Düşünürəm ki, hələlik bu səviyyəni saxlamaq lazımdır. Minsk qrupunun iş üçün yaramadığı mənəvi və siyasi baxımdan doğru tələbdir, amma hüquqi baxımdan həmin formatı təkbaşına yaratmamışıq, ATƏT yaradıb. Nə qədər ki, proses tam başa çatmayıb, yəqin ki, Minsk formatı da qalacaq”.
Rüfət Sultan