Xəbər lenti

Azərbaycan MN ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalandı
Siyasət13:20 04.06.2021

Azərbaycan MN ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.
Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb.
Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılır.