Xəbər lenti

Azərbaycan NATO-nun keçirdiyi hərbi təlimdə
Siyasət14:42 24.08.2022

Azərbaycan NATO-nun keçirdiyi hərbi təlimdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Gürcüstanda keçiriləcək "Noble Partner” çoxmillətli təlimində 21 ölkədən 2400-dən çox hərbçi iştirak edəcək. Eyni zamanda, bu təlimlər tarixində ilk dəfə olaraq Yaponiya və İsveçdən olan hərbi qulluqçular onlara qoşulacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. 
Hər il keçirilən "Noble Partner” təlimi altıncı dəfə Gürcüstanda keçiriləcək. Təlimi Gürcüstan Müdafiə Nazirliyi və ABŞ Ordusunun Avropa Komandanlığı təşkil edir. Manevrlərin əsas şüarı: "Güc tərəfdaşlıqdadır”.
Hələlik təlimin dəqiq tarixi açıqlanmayıb. Onların sentyabrda Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında baş tutacağı məlumdur.
Gürcüstan və ABŞ-dan başqa təlimlərdə Azərbaycan, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Litva, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva, Polşa, Ukrayna və İsveçdən olan hərbi qulluqçular iştirak edəcək. 
Nazirliyin bəyanatında deyilir ki, təlimin məqsədi "Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi” üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında "hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq” olacaq. 
Təlimlərə rəhbərlik edəcək Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının komandanı, briqada generalı Roland Dzneladze rəhbərlik edəcək. 
Dzneladze dünən Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvilinin, həmçinin iştirakçı ölkələrin hərbi attaşelərinin və NATO ekspertlərinin iştirakı ilə informasiya brifinqi keçirib.
Nizami Bağırov