Dünya bazarında "Azeri Light" markalı Azərbaycan ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,54 ABŞ dolları və ya 3,07% ucuzlaşaraq 80,06 ABŞ dollarına enib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,5 dollar və ya 3,11% ucuzlaşaraq 77,88 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 77,5 ABŞ dolları təşkil edib.
"Urlas" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,77 dollar və ya 5,06% azalaraq 51,95 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,85 dollar və ya 3,55% azalaraq 77,50 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər