Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,93 ABŞ dolları azalaraq 129,41 dollar təşkil edib.
15 iyun tarixinə Azərbaycan neftinin 1 barelə olan qiyməti 133,34 dollara qalxmışdı.
Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 119,04 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.