Xəbər lenti

Azərbaycan neftinin qiyməti 64 dolları ötdü
Ekonomiks19:41 23.11.2017

Azərbaycan neftinin qiyməti 64 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,47 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 22-də 62,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.