Xəbər lenti

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşdü
Ekonomiks16:00 14.11.2014

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya birjalarında neftin qiyməti yenə düşüb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,97 dollar ucuzlaşaraq 74,21 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 3,63 dollar azalaraq 77,49 dollar olub.

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,52 dollar azalaraq 79,99 dollar təşkil edib.

Qaynar.info