Xəbər lenti

Azərbaycan Ordusuna 53 milyon yardım
Ölkə05:21 02.04.2014

Azərbaycan Ordusuna 53 milyon yardım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna son bir ayda yığılan vəsaitin həcmi açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, martın 1-nə fondun bank hesabına toplanmış vəsait 53 248 284 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Qaynar.info