Xəbər lenti

Azərbaycan Ordusunun əsgəri yandı
Ölkə12:15 30.06.2014

Azərbaycan Ordusunun əsgəri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusunun əsgəri yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində qeydə alınıb. 

Hərbi hissənin əsgəri Vüqar Mayis oğlu Qələbəgiyev hamamın sobasını yandırarkən üzərinə od sıçrayıb. Nəticədə bədəninin müxtəlif nahiyələri yanan əsgər xəsarətlərlə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. 

Bildirilib ki, Silahlı Qüvvələrin baş mütəxəssisləri əsgərin müalicəsi ilə məşğuldur. 

Faktla bağlı araşdırma aparılır.