Xəbər lenti

Azərbaycan Premyer Liqası: 15-ci ura yekun vurulur
İdman06:05 29.11.2022

Azərbaycan Premyer Liqası: 15-ci ura yekun vurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.
Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.
Azərbaycan Premyer Liqası, 15-ci tur
29 noyabr
14:00. "Turan Tovuz” – "Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu
16:30. "Sumqayıt” – "Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”
Turun əvvəlki matçlarında aşağıdakı nəticələr qeydə alınıb
"Neftçi" - "Səbail" 3:1 
"Şamaxı" - "Kəpəz" 1:1
"Qarabağ" - "Zirə" 0:0
Səbuhi Həsənov