Xəbər lenti

Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"ı məğlub edib
İdman17:35 25.11.2018

Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"ı məğlub edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Zirə"nin heyətində moldovalı legioner Aleksandr Dedov "dubl" edib. O, 36-cı və 75-ci dəqiqələrdə fərqlənib. 90+7-ci dəqiqədə isə Bilal Həmdi 3-cü qolun müəllifi olub. "Sumqayıt"dan yeganə qola 45+3-cü dəqiqədə Əfran İsmayılov imza atıb.
Bu qələbə sayəsində "Zirə" xallarını 9-a çatdıraraq, "Keşlə" ilə bərabərləşsə də, sonuncu pillədən qurtula bilməyib. Bu, şəxsi oyunlarda paytaxt təmsilçisinin daha üstün olmasıdır. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" səfərdə "Keşlə"ni 2:1, "Neftçi" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Sabah" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.