İdman 09:50 30.03.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.
 
Qaynarinfo-nun məlumatına görə, tur çərçivəsində bu gün daha iki oyun baş tutacaq. "Turan Tovuz" "ASCO Arena"da "Səbail"in qonağı olacaqsa, "Sabah" Masazırda "Zirə"ni qəbul edəcək. 

Azərbaycan Premyer Liqası, 28-ci tur

30 mart

16:30. "Səbail” – "Turan Tovuz”
 
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"ASCO Arena”

19:00. "Sabah” – "Zirə”
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Bank Respublika Arena”

Turun ötən gün keçirilən qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb.
 
"Kəpəz" - "Qarabağ" 1:6
"Qəbələ" - "Neftçi" 0:1
 
Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i darmadağın edən "Qarabağ" sona səkkiz tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.
 
"Qarabağ" - 69, "Neftçi" - 43, "Sabah" - 40, "Zirə" - 39, "Sumqayıt" - 39, "Səbail" - 37, "Turan Tovuz" - 35, "Araz-Naxçıvan" - 32, "Kəpəz" - 27, "Qəbələ" - 16 
 
Səbuhi Həsənov