Azərbaycan Premyer Liqasında 13-cü tur davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. Əvvəlcə "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıb. Bunların 9-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıb. 13 qarşılaşma heç-heçə nəticələnib. Topların nisbətində də bölgə təmsilçisinin üstünlüyü var - 33:24. Son iki qarşılaşmada üç qol vurulub. "Qəbələ”nin meydanındakı son dörd matçda heç-heçə qeydə alınıb.
Günün digər oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Komandalar bunadək Premyer Liqada 40 dəfə üz-üzə gəlib. Bunların 20-si "Neftçi"nin, 12-si "Sumqayıt"ən xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Bakılıların vurduğu 61 qola sumqayıtlılar 44 topla cavab veriblər. "Neftçi” son üç oyunda qalib gəlib. "Sumqayıt” iki matçdır qol vura bilmir.
Azərbaycan Premyer Liqası, 13-cü tur
5 noyabr (şənbə)
15:00. "Qəbələ” – "Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
VAR hakimləri: Fərid Hacıyev, Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu.
19:00. "Sumqayıt” – "Neftçi”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
VAR hakimləri: Elçin Məsiyev, Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
"Kapital Bank Arena”.
Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb:
"Turan Tovuz" - "Şamaxı" 1:3
Tura noyabrın 6-da "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.
"Qarabağ" - 33, "Sabah" - 31, "Nefçi" - 25, "Zirə" - 19, "Qəbələ" - 17, "Turan Tovuz" - 15, "Səbail" - 10, "Kəpəz" - 8, "Şamaxı" - 7, "Sumqayıt" - 4
Səbuhi Həsənov