Xəbər lenti

Azərbaycan Premyer Liqasında "Zəfər turu"na start verilir
İdman05:53 06.11.2021

Azərbaycan Premyer Liqasında "Zəfər turu"na start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, "Zəfər turu"nun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Zirəni qəbul edəcək. Ardıcıl iki turdu qələbə qazanan "Sabah" bu gün yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında meydana çıxacaq. Bu rəqiblər ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Duellərin 5-də "Sabah", 3-də "Zirə" qələbə qazanıb. 4 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 16:14. "Sabah” son 3 oyunda rəqibinə uduzmayıb. "Qartallar” isə bütün səfər matçlarında qol vurub.
Günün son qarşılaşması da Bakıda keçiriləcək. "Keşlə" "ASK Arena"da "Neftçi"ni qonaq edəcək. Bu, komandaların Premyer Liqadakı 68-ci dueli olacaq. Əvvəlki 67 matçda meydan sahibləri 15, qonaqlar 37 qələbə qazanıblar. 15 görüşdə isə qalib müəyyənləşməyib. Flaqman paytaxt derbilərində 106 qol vurubsa, Sənan Qurbanovun başçılıq etdiyi kollektiv 63 dəfə fərqlənib.
"Keşlə” son 6 oyunda rəqibinə məğlub olub. "Neftçi” isə ardıcıl 3 matçda üç qol vurub.
Azərbaycan Premyer Liqası, 10-cu tur
6 noyabr
15:00. "Sabah” – "Zirə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena”.
19:00. "Keşlə” – "Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena".
Tura sabah keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
"Qarabağ" - 20, "Neftçi" - 17, "Qəbələ" - 15, "Zirə" - 15, "Sumqayıt" - 11, "Səbail" - 9, "Keşlə" - 7, "Sabah" - 7
Səbuhi Həsənov