Xəbər lenti

Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir
Siyasət07:53 30.09.2021

Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.
Qaynarinfo "Report"a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: "Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.