Xəbər lenti

"Azərbaycan Qəzzaya dair 7 milyardlıq maliyyə layihəsində iştirak etmir" - Hikmət Hacıyev
Siyasət22:35 19.02.2026

"Azərbaycan Qəzzaya dair 7 milyardlıq maliyyə layihəsində iştirak etmir" - Hikmət Hacıyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan təsisçi üzv dövlət kimi "Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən "Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” hesabında bildirib.