Xəbər lenti

Azərbaycan "Eurovision"da xalları hansı ölkələrə verdi? - VİDEO
Maqazin09:41 15.05.2016

Azərbaycan "Eurovision"da xalları hansı ölkələrə verdi? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycan tamaşaçıları ən çox Rusiyaya səs veriblər.
Tamaşaçılar səs verməsi nəticəsində Rusiya Azərbaycandan 12 bal alıb. Şimal qonşumuza eyni qiyməti azərbaycanlı jurilərldə qoyublar.
Məlumatla görə, Rusiyalı tamaşaçılar isə Səmranın "Miracle" manhısı 6 balla qiymətləndiriblər. Eyni zamanda Rusiyanın peşəkar jurisi Azərbaycana 10 bal verib, 12 balı rusların həm peşəkar jurisi həm tamaşaçıları Ermənistana verib.
Azərbaycan tamaşaçısının səs verdiyi ölkələrin siyahısı aşağıda təqdim olunub:
Rusiya - 12 xal 
Ukrayna - 10 xal
Bolqarıstan - 8 xal
Macarıstan - 7 xal
İsrail - 6 xal
Malta - 5 xal 
Fransa - 4 xal
Polşa - 3
Avstriya - 2
Gürcüstan - 1 xal
Azərbaycandan olan peşəkar juri üzvləri: Gülçöhrə Şəfiyeva, Fərid Əliyev, Eyyub Quliyev, Nərgiz Cəlilova, Təranə Muradova
Azərbaycana verilən xallara gəldikdə isə bu il 10 xalı ölkəmizə Bolqarıstan və Ukrayna tamaşaçıları, 8 xalı isə belarus və Moldova tamaşaçıları verib. Tamaşıçar səsverməsi nəticəsində Azərbaycan bu il 12 xalı heç bir ölkədən qazanmayıb. 
Bu il müsabiqə iştirakçılarını yeni qaydalar üzrə qiymətləndiriblər. Əvvəlcə hər iştirakçı ölkənin peşəkar jurisinin qiymətləri açıqlanıb, daha sonra isə bu rəqəmin üstünə ölkər üzrə tamaşaçı səsverməsinin nəticəsi əlavə olunub. 
Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayəna görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib. 
İkinci yeri Avstraliya təmsilçisi Demi İm tutub. O juri səsverməsinin lideri olub, lakin tamaşaçıların səs verməsi ölkəni birinci yerdə saxlaya bilməyib.
Üçüncü yerdə qərarlaşan Rusiya təmsilçisi Sergey Lazarev peşəkar juri tərəfindən 5-ci yerə layiq görülüb. Daha yüksək nəticə əldə etməyə isə ona tamaşaçı səsi kömək edib.
Azərbaycan bu il müsabiqənin 17-si olub. (anspress)
Qaynarinfo.az