Xəbər lenti

Azərbaycan quru sərhədlərini nə vaxt açmalıdır? - Ekspert tarix açıqladı
Ekonomiks 11:15 02.05.2022

Azərbaycan quru sərhədlərini nə vaxt açmalıdır? - Ekspert tarix açıqladı

"İstər pandemiyanın davam etdiyi dövrdə, istərsə də indi, qəbul olunan hər bir qərarın fəsadsız olması, onun nə dərəcədə elmi məntiqə istinad etməsindən asılıdır”.

Qaynarinfo bildirir ki, bunu tibb elmləri doktoru Musa Qəniyev quru sərhədlərin açılmaması ilə bağlı danışarkən deyib. O, bu istiqamətdə konkret tarix də qeyd edib:

"Uzun zaman fasiləsindən sonra yüksək kontaquozluğun, RNT əsaslı viral infeksiya törədicilərinin genom strukturunda törətdiyi, induktiv xarakterli aqressiv mutatik substruktur dəyişikliyin, günəşin yay ekliptik vəziyyətindən mütləq fəsli aslılığını nəzərə alaraq, quru sərhədlər, may ayının 31-dən tez olmamaqla, iyun ayının birindən 22-si müddətinə qədər, qeyri-şərtsiz olaraq açıla bilər və açılmalıdır”, -  deyə professor əlavə edib.

Qeyd edək ki, bundan əvvəl yerli media mayın 1-dən etibarən Azərbaycanın digər ölkələrlə quru sərhədlərini açacağını yazmışdı. Bildirilmişdi ki, sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->