Xəbər lenti

Azərbaycan şahinləri təlimlər üçün Türkiyəyə getdi
Siyasət13:13 01.09.2021

Azərbaycan şahinləri təlimlər üçün Türkiyəyə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.