Xəbər lenti

Azərbaycan səfiri Afrika Ittifaqının üzv olkələrinə muraciət etdi
Siyasət18:48 19.04.2016

Azərbaycan səfiri Afrika Ittifaqının üzv olkələrinə muraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Efiopiyanın böyük oxucu kütləsinə malik olan "The Reporter" qəzetinə müsahibə verən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycan Respublikasının torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini pisləyən və eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana təsir göstərilməsi üçün Afrika İttifaqının üzv ölkələrinə BMT-yə çağırış etməsi üçün müraciət edib.
Səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti, o cümlədən Afrika ölkələri tərəfindən tanındığını qeyd edərək, beynəlxalq hüquqa hörmət etməyən Ermənistanın cəzalandırılması zəruriliyini vurğulayıb.
Daha sonra səfir E.Abdullayev Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini şərh edib.
Səfir E.Abdullayev həmçinin Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu qeyd edib və ölkəmizin regionda həyata keçirilən bütün irimiqyaslı layihələrin reallaşdırılmasında aparıcı rol oynadığını oxucuların diqqətinə çatdırıb.
Qaynarinfo.az