Xəbər lenti

İdman 21:17 17.12.2023

Azərbaycan taekvondoçusu “Paris-2024”ə lisenziya qazanıdı (FOTO)

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən "Böyük Dəbilqə” turnirində 58 kiloqram çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb.

Bu barədə Qaynarinfo-ya Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaşım Maqomedov "Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub. Təsnifat mərhələsini qızıl medalla başa vuran taekvondoçumuz Olimpiya çəkiləri üzrə keçirilən "Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da, Azərbaycan komandası "Paris-2024” Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->