Xəbər lenti

Azərbaycan tranzit məkanı olaraq Rusiyanın əsas strateji tərəfdaşıdır - Ekspert
Ekonomiks14:05 14.04.2022

Azərbaycan tranzit məkanı olaraq Rusiyanın əsas strateji tərəfdaşıdır - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dəmir Yolları  ASC  dəmir yolu ilə yükdaşımalarının coğrafiyasını dəyişir.  Bu barədə şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov "TransRusiya” forumunda bildirib:”İndi yük daşımalarının Qərbdən Şərqə, o cümlədən trans-Xəzər marşrutları - Qazaxıstan, Azərbaycan vasitəsilə cənuba doğru dəyişdiyini görürük. Bu,  yeni çağırışdır və biz buna hazırıq”. O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir, ona görə də şirkət şərq poliqonunun ötürücülük və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
İqtisadçı ekspert Fuad İbrahimov Qaynarinfo–ya açıqlamasında bildirib ki, Rusiya Dəmir Yolları ASC-nin bu qərarı Azərbaycanın cazibədarlığının artmasına xidmət edəcək:
”Rusiya dünyanın xammal bazası nöqteyi-nəzərindən olduqca zəngindir.Bu səbəbə də Qərb ölkələri, Yaxın Şərq, Afrika və Asiya məhz Rusiyadan gələn məhsularla öz tələbatlarını ödəyir. Rusiya üçün ən əlverişli ticarət tərəfdaşı onun ticarət dövriyyəsinin 40 faizini təşkil edən Avropa Birliyidir. Lakin Ukrayna məsələsində AB-nin sərgilədiyi mövqe və yaranan problemlər Moskvanı alternativ bazar və marşurutlara üz tutmağa vadar edir. Bu nöqteyi-nəzərdən Zəngəzur dəhlinin də rolu artır. Habelə, İran üzərindən alternativ ikinci dəhlizin açılması da gündəmdədir. Qazaxıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana keçid infrastrukturu da mövcuddur. Bu mənada ölkəmiz hazırda Rusiyanın mərkəz və qərb vilayətləri üçün mühüm tranzit zonası hesab olunur. Rusiyanın bu regionları üçün çıxış yolu rolunda çıxış edirik. Bütün məqamlara görə Azərbaycan tranzit məkanı olaraq Rusiyanın bir nömrəli strateji tərəfdaşıdır”.
Ekspertin fikrincə, Rusiyanın yükdaşıma coğrafiyasını Azərbaycana doğru dəyişməsi ölkəmizə mühüm üstünlüklər verə, dövlətimizin cazibədarlığını artıra bilər:
"Ölkəmiz bu prosesdən faydalanmaqla büdcəyə kifayət qədər vəsaitin daxil olmasına nail ola bilər. Azərbaycan yükdaşımanın həcminə uyğun bu prosesdən kifayət qədər gəlir götürəcək. Moskvanın yükdaşımanın coğrafiyasını Azərbaycan istiqamətinə dəyişməsi həm də xidmət sektorunun daha da inkişafına, yeni iş yerlərinin açılmasına rəvac verəcək.  Digər tərəfdən, bu addım dövlətimizin önəmini və cəlbediciliyini artıracaq. Bu səbəbdən də vestisiya cazibədarlığına da təkan veriləcək”.
Rüfət Sultan