
Dağlıq Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonrakonflikt ətrafında Rusiyanın diplomatik fəallığı xeyli artıb. Xüsusən dəprezident Vladimir Putinin etibarlı şəxslərindən olan politoloq SergeyMarkovun ard-arda verdiyi, sensasion sayılacaq açıqlamaları 5 aprelatəşkəsinin ardınca Rusiyanın məsələdə təşəbbüskarlığı bütünlüklə özəlinə alması təəssüratını yaradır.
Qaynarinfo.Az musavat.com-aistinadən bildirir ki, bu haqda indi Rusiya mətbuatının da gen-bol vəhəvəslə yazması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya rəhbərliyi buyöndə öz danışmanları və səlahiyyətli şəxsləri ilə yanaşı, təbliğatmaşınını artıq işə qoşub.
Bəs hədəf nədir - problemin nəhayət, kardinal həlli, yoxsa onunqismən yoluna qoyulması ilə Rusiyanın regionla bağlı cari maraqlarınıntəmin edilməsi?
Daha dəqiqi, məqsəd 2-3 rayonun boşaldılması qarşılığında bölgəyə"sülhməramlılar" adı ilə Rusiya hərbi qüvvələrinin gətirilməsi,Azərbaycanla Ermənistan üzərində nəzarəti itirməmək üçün isə DağlıqQarabağın statusunun sonraya saxlanması və Azərbaycanın Avrasiyalayihələrinə qoşulmasımı?

Qoyulan suallara cavabları istər Sergey Markovun açıqlamalarında,istərsə də Rusiya və Ermənistan mediasında son günlər getmişmateriallardan tapmaq mümkündür. Onları xronoloji və məntiqiardıcıllıqla düzəndə mənzərə xeyli aydınlaşmış kimi görünür.
***
Məsələn, Rusiyanın Qarabağ patronajlığını öz üzərinə götürməsinibundan görmək olar ki, prezidentlərin növbəti görüşünü Minsk Qrupuhəmsədrləri deyil, böyük ehtimalla, elə Moskva təşkil edəcək. Bu barədəhələ 2-5 aprel döyüşləri gedərkən "Yeni Müsavat" olaraq proqnozeləmişik.
"Erməni tərəfi Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yüksəksəviyyədə görüşün mümkünlüyü və vaxtını ATƏT-in Minsk Qrupununhəmsədrləri ilə müzakirə etməyib".
Bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib."Hazırkı mərhələdə danışıqlar prosesinin tərəfləri və Minsk Qrupununhəmsədrləri yüksək səviyyədə görüşlərin mümkünlüyünü və vaxtını müzakirəetmirlər", - Akopyan deyib. Ancaq Ermənistan prezidentinin mətbuatkatibi prezident Putinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrəprezidentlərin görüş təşkil etməsi təşəbbüsü ilə bağlı məlumatı təkzibetməyib.
Yada salaq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərininSoçi şəhərində baş tutmuş görüşü məhz Rusiya prezidentinin təşəbbüsüilə, cəbhədəki avqust döyüşlərindən az sonra təşkil edilmişdi.Ermənistan rəsmisinin sözlərindən belə məlum olur ki, münaqişənintənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də MQ-nin yox, Rusiyanınhimayəsində keçiriləcək.

***
Erməni ekspertlər isə 4 günlük müharibədən sonra Ermənistan üçündanışıqlar masası arxasında əlverişsiz bir durumun yarandığını, İrəvanınMoskvanın təzyiqlərinə qarşı immunitetsiz qaldığı barədə intensivyazmağa başlayıblar. Məsələn, müxalifyönlü lragir.am saytının şərhçisiNaira Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gələrəkyazıb: "Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımıgöstərmək olar - Putin erməniləri islam mobilləşməsi ilə "qorxutmaq"üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib.Rusiya deputatları İrəvana gələrək erməni həmkarları ilə müştərəkbəyanata qol çəkməkdən imtina etdilər. Pressinq güclənir, amma ermənihakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiqaxtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edir. ErmənistanAvrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunuxarici işlər nazirinin müavini Şavar Köçəryan bəyan edir. Yəni XİNErmənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlədanışıqlar imkanını heç nəzərdən də keçirmir. Əgər indiyə qədər RusiyaGüney Qafqazda qalmaq üçün daima "sabitliyi" və Qarabağ münaqişəsininhəll olunmamasını dəstəkləyirdisə, indi Moskva təcili olaraq Qarabağmünaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişəonsuz həll ediləcək".
***
Markovun ilin sonunadək 5 rayonun qaytarılacağı haqda açıqlaması, digərrusiyalı politoloqların və Rusiya mediasının məsələyə dair bənzərşərh-materiallarında Kremlin həqiqətən tələsdiyi haqda təəssüratıyaranır.
"Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir". Bununüfuzlu "İzvestiya" qəzeti özünün dünənki sayında diplomatik qaynaqlaraistinadən yazıb. "Rusiya, şəxsən prezident Vladimir Putin yaxıngünlərdə başlayacaq Qarabağa dair danışıqlarda kompromis əldə olunmasınaaktiv şəkildə yardımçı olacaq", - nəşr qeyd edib.
Qəzet yazıb: "Diplomatik mənbənin sözlərinə görə, Rusiya lideri həriki tərəfin siyasətçilərini güzəştlərin vacibliyinə şəxsən inandırmağahazırdır. "Ağır danışıqlar gözlənilir və burada Rusiyasız keçinməkmümkün deyil", - qaynaq bildirib. Diplomatik mənbə Rusiyanın nizamlanmaplanını da açıqlayıb: "Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərininbir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir,köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır,iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdansonra regionun mənsubluğu haqda referendum keçirilir".
"Az öncə birbaşa xətdə Vladimir Putin vəd eləmişdi ki, Moskva, istərbeynəlxalq strukturlar olsun, istərsə də ikitərəfli formatda Qarabağprobleminin həlli üçün səylərini artıracaq. Kim nə deyir-desin, Rusiyabu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm dəErmənistanla dolğun şəkildə işləmək istəyirik", - "İzvestiya" yazıb.
***

Kremlin təkbaşına aktiv Qarabağ təşəbbüskarlığı içində olmasınıRusiya xarici işlər naziri Sergey Lavrovun bir həftənin içində iki dəfəABŞ dövlət katibi Con Kerri ilə Qarabağ mövzusunda telefon danışığıaparmasından da görmək olar. İstisna deyil ki, rəsmi Moskva prosesindaha effektli olması üçün Amerika tərəfini məlumatlandırmağa ehtiyacduyub.
Rusiyada, yəqin, onu da nəzərə almamış deyillər ki, prezidentliyinin sonaylarını yaşayan Obama bu prosesə Putin kimi dərindən maraqgöstərməyəcək. Sabah - aprelin 21-də isə Lavrov İrəvana səfər edəcək vəböyük ehtimalla, "Rusiya planı"nın detalları ilə Sərkisyanı tanışedəcək.

Bəs görəsən, Azərbaycan Rusiyanın yeni "həll planı"na necə baxır?Putin rəsmi Bakını öz planına inandıra biləcəkmi? Ermənistanla bağlıKremlin problemi yoxdur, - işğalçı ölkə xüsusən də Azərbaycanınblits-zəfərindən sonra onun ovcunun içindədir, - o zaman Putin nəyinqarşılığında Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir?
Bəzi məlumatlara görə, Rusiya həm də son vaxtlar ABŞ-ın, NATO-nunbölgədə möhkəmlənmək planlarından narahat olduğu üçün tələsir və Qarabağ"kartı"ndan yararlanmaq niyyətindədir. Ancaq bu, tələsiklik Azərbaycanüçün tələ ola, son hərbi uğurun siyasi qazancları əlimizdən çıxa dabilər, əgər rəsmi Bakı məsələni bu cür prinsipial şəkildə qoymasa: heçbir "5+2" formulu (ərazilərimizin sortlara bölünməsi), Dağlıq Qarabağdareferendum, sülhməramlı söhbəti ola bilməz, Dağlıq Qarabağın statusubəri başdan dəqiqləşməlidir - Azərbaycan tərkibində muxtariyyət. YalnızErmənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyandan və statusməsələsi yazılı şəkildə razılaşdırıldıqdan sonra regionasülhməramlıların gətirilməsi, Azərbaycanın Avrasiya layihələrinəqoşulması müzakirə predmeti ola bilər.
***
Azərbaycanın məsələni məhz bu cür, qəti qoyması üçün olduqca əlverişlibir məqam, tarixi şans yetişib. Məsələ həm də ondadır ki, Ermənistanindi rusiyalı ekspertlərdən birinin dediyi kimi, həqiqətən nokdaunvəziyyətindədir, eyni zamanda güzəştlərə meyllidir və panikadadır. Bunuişğalçı ölkədə hökm sürən bədbin ab-havadan da asanca görmək, sezməkolar.
"Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onuninkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təciliolaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə buprosesi başa çatdırmalıyıq". Bu barədə Ermənistanın 1in.am saytındayayımlanan məqalədə deyilir (publika.az).
Tanınmış erməni şərhçi Yegizar Ayntabsinin qələmə aldığı məqalədəİrəvan rejimi 22 ildə xalqı aldatmaqda ittiham olunur: "1-ci Qarabağmüharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə eşidirdik ki,münaqişə artıq müharibə sferasından çıxaraq siyasi meydana keçib vəburada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır. Amma hakimiyyət 22 ilərzində bunlardan heç birini etmədi. Əgər yarısını belə etsəydi, onda"4 günlük müharibə"də tamamilə başqa nəticə əldə edilər, münaqişəninnizama salınmasında həm daxili, həm də xarici dəstək qazanılardı. Uzunillər biz danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biziqtisadi cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticəçıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə olunmalıidi: birincisi, bizdə obyektiv səbəbdən resurslar yoxdursa, iqtisadirəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez güzəştə getməliyik.İkincisi, ilk fikrin əksinə olaraq, biz milli birliyə nail olmalı idik".

Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın dövründəgündəmdə olub: "90-cı illərin sonlarında belə qərar verilmişdi ki,güzəştə edərək münaqişənin həllinə nail olunur. İkinci variant RobertKöçəryanın dövründə gündəmdə idi. Serj Sərkisyanın "4 günlükmüharibə"dən sonra Petrosyanla görüşməsi onun da birinci variant haqdadüşündüyünü göstərir. Lakin artıq bu da çox gec görünür. HəqiqətənAzərbaycan neft-qazı ilə Ermənistanı geridə qoyub və biz çətin ki, onunsəviyyəsinə çataq. Buna görə də daha çox itki vermədən təcili güzəştəgetməliyik".
Ermənistanda dövlət bəhanəsi ilə "bandokratiya" yaradıldığını qeydedən müəllif sonda yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağməsələsində təcili güzəştə getməyin tərəfdarları var: "Lakin ümumibandokratiya buna imkan vermir. Halbuki bu, dövləti qorumaq yox, onuməhv etmək siyasətidir".
Necə deyərlər, əlavə şərhə yer qalmır. Azərbaycan əsgəri gerçəkdən dəkiçik və uğurlu bir həmlə ilə Qarabağ məsələsi ətrafında yeni birsituasiya, o cümlədən işğalçı ölkədə panika, bədbinlik və təslimçilikovqatı yaradıb. Diplomatiyamız ondan yararlanmağa, sadəcə, borcludur.